Bu gün Torpaq çərşənbəsidir
Bu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır
İnama görə, Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur Yəni ona toxum səpilə bilər
Əfsanəyə görə, adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su
Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar
İlaxır çərşənbə ölkəmizdə böyük təntənə ilə qeyd olunur
Tonqal qalamaq, od üstündən tullanmaq, qulaq falına çıxmaq, papaq atmaq bu çərşənbənin tərkib hissələridir
Evlərdə qadınlar yemək qazanları asır, plov dəmləyir və bir çox xörəklər bişirirlər
Bunların müxtəlifliyi süfrənin daha da cəzbedici olmasına səbəb olur
Nişanlı qızlara hədiyyələr gəlir, təzə gəlinlər qırmızı geyinirlər
Axır çərşənbə günü bütün küsülülər barışmalıdır
Eyni zamanda bu gecə evlərdə nəhs söz danışmaq olmaz
Qədim xalq adətlərinə görə, Novruz çərşənbələrində evdən bərəkət sayılan nemətlər - duz, od, çörək, su vermək olmaz
Bu çərşənbəni hər kəs öz evində süfrə arxasında qeyd etməlidir
Süfrədə kiçik də olsa şirniyyatlardan, çərəz və meyvələrdən ibarət xonça, ailə üzvlərinin sayına görə şamlar olmalıdır
İlin bərəkətli olması üçün süfrədə səməninin olması mütləqdir
:Axır çərşənbəyə aid bəzi el adətləri
Axır çərşənbədə çimərlər
Axır çərşənbədə evdən pul verməzlər
Axır çərşənbədə qonşuya ələk verməzlər
Axır çərşənbə günü borc un verməzlər
Axır çərşənbə günü şamı yarımçıq söndürməzlər
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər
Axır çərşənbə günü evdən ağartı verməzlər
Axır çərşənbə günü zahı üstünə getməzlər
Axır çərşənbə günü evdən çörək verməzlər
Axır çərşənbə gecəsi tez yatmazlar
Axır çərşənbə gecəsi evdə qazan asarlar
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar
:Çərşənbə falları
İlaxır çərşənbənin subay qızlar üçün ən həyəcanlı hissəsi çərşənbə fallarıdır
Belə ki,subay qızlar əvvəlcədən hazırlanmış duzlu kökə yeyib yatırlar, su içmirlər
Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir
Guya, həmin su verən adam yuxu görənin qismətidir
Qonshulardan birinin qapısına yaxınlaşıb sakitcə pusurlar
Bu zaman eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən fikirlər
söyləyirlər
Yatmağa gedəndə yeddi ulduz sayırlar
Ulduzları sayandan sonra bir kəlmə də olsa, danışmaq olmaz
Bu halda öz qismətini yuxuda görürsən
Ana uşaqlarının başından tük qırır və axar suya atır
Bir qab həmin yerdən su götürür və uşaqlarının üstünə çiləyirsən
Guya ki, bu su təmizlik, sağlamlıq, paklıq gətirir
Həmin ili uşaqlar xəstələnmir
Axır çərşənbədə və ya bayramda 1 qaba su tökülür və şam götürüb yandırılır
Şamı suya tərəf əyirsən və neçə yaşın varsa o qədər damcıladırsan suya
Alınacaq hərflə nişanlının adı başlamalıdı
Axır çərşənbədə niyyət tutub, gözləyirlər
Kim qapını açıb içəri girsə, onun birinci sözünü niyyətə görə yozurlar
Axır çərşənbədə qaba 1 yumurta, 1 qırmızı, 1 qara karandaş qoyulur
Səhər baxdıqda yumurtanın üzərində qırmızı cızıqlar olsa xöşbəxtlik, qara cızıqlar olsa
bədbəxtliklə qarşılaşmaq deməkdir
Axır çərşənbədə cavan qızlar bir qaba su tökürlər
Saçlarından tel qoparıb, nişan üzüyünü saça taxırlar
Niyyət tutub, üzüyü suyun üstündən keçirirlər
Üzük fırlanmağa başlayır və qabın divarına dəyir
Üzük neçə dəfə dəyirsə, sayırsan, demək, o yaşda gəlin köçəcəksən
Çerçenbe gününün beyatisi
Ay yel baba, yel baba
Qurban sənə gəl baba
Taxılımız yerdə qaldı
Yaxamız əldə qaldı
A yel baba, yel baba
Qurban sənə gəl baba
:: برچسبها:
Adət ənənələr ,
cersenbe gunu adetleri ,
cersenbe gunu ,
cersenbe gunu azerbaycanda ,
cersenbe gunu haqqinda bildirim ,
cersenbe gunu beyati ,
چهارشنبه سوری در آذربایجان ,
عادات چهارشنبه سوری در آذربایجان ,
,
,
|
امتیاز مطلب : 3
|
تعداد امتیازدهندگان : 1
|
مجموع امتیاز : 1